Əsas məzmuna keç

İrandan Trampa meydan oxuma: Hörmüz boğazından keçən gəmilərdən pul alınır!

İran hakimiyyəti Trampın bəyanatlarına fikir vermir və Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib. Tezadlar.az “Fars” xəbər ajansına istinadla bildirir ki, bunu İran parlamentinin vitse-spikeri Haci Babayi deyib. Onun sözlərinə görə, Hörmüz boğazından keçən gəmilərin rüsumlarından əldə edilən gəlir ilk dəfə olaraq İran Mərkəzi Bankına köçürülüb. Qeyd edək ki, İran hazırda ABŞ-ın blokadasının atəşkəsi pozduğunu əsas gətirərək, Hörmüz boğazını tamamilə bağlayıb.

ABŞ rəsmiləri bu xəbəri qəzəblə qarşılamaqdadır. Güman edilir ki, Tramp sərt tədbirlərə əl atacaq və İrana güzəştə getməyəcək.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…