Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABB 27 aprel 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə başlayır. Bank ölkəmizin kapital bazarına bu dəfə hər biri 5 milyon manat olmaqla 2 istiqraz çıxarmağı planlaşdırır. İlkin plana əsasən, 1 illik istiqrazlar üzrə 9%, 2 illik istiqrazlar üzrə isə 10% illik gəlirlilik təklif ediləcək. Abunə yazılışı isə 2 həftə davam edəcək.
Tezadlar.az xəbər verir ki, ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək.
ABB-nin istiqraz emissiyasında məqsədi investorlar üçün mütəmadi və əlçatan investisiya imkanları yaratmaq, ölkəmizin kapital bazarlarında davamlı aktivliyi təmin etməkdir.
Xatırladaq ki, Bankın martda həyata keçirdiyi ilk emissiya zamanı hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə istiqraz buraxılışları uğurla yerləşdirilib. Beləliklə, 10 milyon manat həcmində emissiya tam reallaşdırılıb. Yüksək investor marağı nəticəsində sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələyib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.