Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan muğamı” layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti keçirilib.
Konsertin məqsədi klassik ənənələri müasir yanaşmalarla təqdim etməkdir. Konsertdə tar, kamança və qanun alətlərində ifa edən sənətkarların ifaları təqdim olunub. İfaçılıq ənənələrinin yaşadılması və ötürlüməsinə yönələn, alət ifaçılığının inkişafına töhfə olaraq ərsəyə gələn layihə ayda bir dəfə olmaqla sənətsevərlərin görüşünə gəlir.
Tezadlar.az xəbər verir ki, Konsertdə tanınmış tarzən və pedaqoqlar Cəbrayıl Göyüşov, Elman Sadıqov, Nurlan Cəfərlinski, Mirhüseyn Əsədullayev, gənc ifaçılar Cahandar Mikayılov, Vaqif Təhməzov, Pərvin Vəlizadə, Günay Mahmudova və Səid Cabbarov çıxış ediblər. İfaçıları Gülnarə Teymurzadə, Adil Müslümov, Ülvi İsmayıl, Ruhulla Dadaşov, Səyyar Teymurov, Elnur Yusubov, Vüsalə Rəhimova, Züleyxa Dadaşova, Məmməd Məmmədli, Nurlan Abbasov, Hüseyn Ələkbərli və “Muğam” ansamblı müşayiət edib.