Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türk televiziya və kino dünyasının unudulmaz simalarından biri, usta sənətkar Ferdi Atuner 82 yaşında dünyasını dəyişib.
Tezadlar.az xəbər verir ki, “Bez Bebek”, “Çocuklar Duymasın” və “Olacak O Kadar” kimi əfsanəvi layihələrdə canlandırdığı obrazlarla yaddaşlara həkk olunan dəyərli sənətçi uzun müddətdir mübarizə apardığı sağlamlıq problemlərinə yenik düşüb. Məlumata görə, usta aktyor keçirdiyi ürək tutması nəticəsində vəfat edib.
Sənətlə dolu bir ömür
Ferdi Atuner təkcə aktyor kimi deyil, həm də İstanbul Dövlət Opera və Baleti sənətçisi kimi fəaliyyət göstərib. O, sənət fəaliyyəti boyunca həm aktyorluq, həm də səsləndirmə sənətində dərin izlər qoyub. Xüsusilə komediya və dram janrındakı ustadlığı ilə bir neçə nəslin sevgisini qazanmağı bacarıb.
Qeyd edək ki, 82 yaşında aramızdan ayrılan sənətkarın vəfatı Türkiyə sənət camiəsində böyük üzüntü ilə qarşılanıb.
Səbinə Bağırova