Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniyanın Baş naziri Pedro Sançes İranla münaqişə ilə bağlı mövqeyinə görə Madridə qarşı mümkün tədbirlər barədə məlumatlara münasibət bildirib.
O, İspaniya hakimiyyətinin yalnız rəsmi sənədlərə əsaslandığını, daxili sızmalara deyil, – deyə bildirib.
Tezadlar.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
“Biz elektron poçtlara əsaslanmırıq. Biz rəsmi sənədlərə və hökumətin, bu halda ABŞ-ın rəsmi mövqelərinə əsaslanırıq”, – Sançes deyib.
O, Madridin İrana zərbələr endirmək üçün bazalarını və hava məkanını təmin etməkdən imtina etməsi səbəbindən İspaniyanın NATO üzvlüyünü dayandırmağı təklif edən Pentaqonun daxili məktubuna cavab olaraq bildirib.
Daha əvvəl Vaşinqton İranla münaqişədə ABŞ-ı dəstəkləməyən NATO müttəfiqlərinə qarşı tədbirlər siyahısı hazırlamışdı. Bu tədbirlərə “problemli” ölkələrin ittifaqdakı mühüm və ya nüfuzlu vəzifələrə çıxışının məhdudlaşdırılması daxildir.
E.ŞİRİNOV