24 Aprel 2026 / 12:44

Ermənistana 350 ton buğda yola salındı – VİDEO

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.

Tezadlar.az xəbər verir ki, 5 vaqondan ibarət taxılın ümumi çəkisi 350 tondur.

Belə ki, Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!