24 Aprel 2026 / 21:45

Hörmüz boğazında gərginlik neft bazarını silkələdi

İranın Hörmüz boğazında iki xarici gəmiyə müdaxiləsi və ABŞ-ın davam edən blokadası qlobal neft bazarlarını sarsıdıb. Bu hadisələrdən sonra WTI nefti 97 dollara yüksəlib, Brent nefti isə 106 dollara geriləyib. İranın “qırmızı xətt” xəbərdarlığı və bölgədə artan hərbi gərginlik enerji təchizatı ilə bağlı narahatlıqları artıraraq qiymət artımını sürətləndirib. 

Tezadlar.az-ın xarici mediaya istinadən xəbərinə görə, ABŞ, İsrail və İran arasında artan münaqişənin kritik nöqtəsi olan Hörmüz boğazındakı son hadisələr bir daha qlobal enerji bazarlarını sarsıdıb. İranın boğazda iki xarici gəmiyə müdaxiləsindən sonra neft qiymətləri kəskin şəkildə artıb.

Neft qiymətləri yüksəlir

Gərginlikdən sonra ABŞ WTI xam neftinin qiyməti təxminən 97 dollar/barelə yüksəlib. Brent nefti də iki həftədən sonra yenidən üç rəqəmli səviyyələrə çataraq 106 dollar ətrafında satılıb.

Ekspertlər Hörmüz boğazındakı hər bir prosesin qlobal neft tədarükünün təxminən 20 faizinə təsir etdiyini və buna görə də qiymətlərin sürətli dəyişməsinə səbəb olduğunu bildirirlər.

Müharibə enerji bazarlarını silkələndirir

Xarici mətbuatda dərc olunan təhlillərə görə, regionda hərbi əməliyyatlar və gəmi böhranları neft bazarında böyük qeyri-müəyyənlik yaradır. ABŞ-ın İran gəmisini ələ keçirməsi və boğaz ətrafında hərbi fəaliyyət enerji təchizatı ilə bağlı narahatlıqları artırıb və qiymətlərin yenidən yüksəlməsinə səbəb olub.

Həmçinin bildirilir ki, Hörmüz boğazındakı fasilələr tankerlərin hərəkətini kəskin şəkildə azaldıb və qlobal bazarda böyük təchizat çatışmazlığı yaradıb.

Trampdan “blokada”nı davam etdirmək əmri

ABŞ prezidenti Donald Tramp sosial media hesabında verdiyi açıqlamada İrana qarşı blokadanın davam edəcəyini bildirib və deyib: “Mən hərbçilərimizə blokadanı davam etdirməyi tapşırmışam”. Bu açıqlama bazarda narahatlığı daha da artırıb.

İran “qırmızı xətt” mesajı

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında təhlükəsizliyin pozulmasının “qırmızı xətt” olduğunu vurğulayıb və bu da bölgədəki hərbi gərginliyin davam edə biləcəyinə işarə edib.

Qlobal böhran dərinləşir

Beynəlxalq hesabatlara görə, müharibənin başlanğıcından bəri bazara yüz milyonlarla barel neft tədarük edilməyib və bu da qlobal iqtisadiyyata ciddi təzyiq göstərir.
Analitiklər xəbərdarlıq edirlər ki, Hörmüz boğazında yeni bağlanma və ya hərbi eskalasiya neft qiymətlərini daha da yüksəldə və qlobal inflyasiyanı artıra bilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!