Xalq artisti Afaq Bəşirqızı sənətkarlar üçün xüsusi qəbiristanlıq hazırlanması məsələsini yenidən gündəmə gətirib. Onun fikrincə, sənətkarlar ayrıca qəbiristanlıqda dəfn edilməlidirlər.

“Bizim şöhrətli aktyorlarımız adi qəbiristanlıqda basdırılır. Eybi yoxdur. O, sənətkardır, onunla maraqlanan, sevən, filmlərinə baxanlar var. Deyir, görəsən, harada basdırılıb? Amma elə əlverişsiz yerdə dəfn olunub ki, pis təsir edir. İndi torpaq tapmaq çətindir. Rusiyada belə bir yer var: Nikulin, Popov orada dəfn olunub. Papaninin qəbrinə baxmağa getmişəm, keçəndə pul vermişəm. O pulla işçilər dolanır, oranı təmiz saxlayırlar”.
Qeyd edək ki, indiyədək bir çox Xalq artisti Fəxri Xiyabanda dəfn ediliblər.







