Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Aprel 2026 / 14:49

Rusiyada baş verən qar uçqunu zamanı 3 turist həyatını itirib

Rusiyanın Buryatiya Respublikasının Munku-Sardyk bölgəsində qar uçqunu nəticəsində üç turistin meyiti tapılıb, bir nəfərin isə hələ də dağıntılar altında qala biləcəyi bildirilir.

Tezadlar.az xəbər verir ki, Rusiya mediasının xəbərinə görə, yeddi nəfərdən ibarət alpinist qrupu “26-cı partiya qurultayı” adlanan aşırım yaxınlığında hərəkət edərkən güclü qar uçqunu altında qalıb.

Qrup üzvlərindən üç nəfər xilas ola bilib, dörd nəfər isə itkin düşüb. Daha sonra aparılan axtarış əməliyyatları nəticəsində üç turistin meyiti aşkar edilib. Rəsmilər itkin düşən digər alpinistin də uçqun altında ola biləcəyini istisna etmir.

Xilasedicilər ərazidə əməliyyatları davam etdirir. Çətin hava şəraiti və dağlıq relyef axtarış işlərini çətinləşdirir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!