Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, ABŞ-ın Temekula şəhərində filmləri xatırladan qeyri-adi hadisə yaşanıb. Şəhər sakini adi günlərdən birində öz evinin arxa həyətinə çıxdıqda gözlənilməz mənzərə ilə qarşılaşıb. O, həyətində nəhəng bir hava şarı və içərisində 13 nəfər naməlum şəxsin olduğunu görərək böyük təəccüb yaşayıb.
Yerli medianın verdiyi məlumata görə, hadisəyə səbəb hava şarının texniki problemlə üzləşməsi olub. Zəif külək və yanacaq çatışmazlığı səbəbindən idarəetməni itirən şar məcburi eniş etməli olub. Təsadüf nəticəsində hava şarı birbaşa yaşayış evinin arxa həyətinə enib.
Xoşbəxtlikdən, hadisə zamanı nə sərnişinlər arasında, nə də ev sakinləri arasında xəsarət alan olmayıb. Həmçinin həyətdəki tikililərə və əmlaka heç bir ziyan dəymədiyi bildirilir. Hadisə sosial şəbəkələrdə geniş marağa səbəb olub.
Səbinə Bağırova