Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nə baş verir? Hamı narahatdır. Belə ki, Prezident Donald Tramp ABŞ Stiv Uitkoff və Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün Pakistana səfərini ləğv edib. Tezadlar.az “Fox News”a istinadla bildirir ki, Tramp nəşrə açıqlaması zamanı belə məlumat verib. Tramp deyib ki, ABŞ İranla münaqişədə bütün imkanlara sahib olduğu halda, ABŞ nümayəndə heyətinin Pakistana 18 saatlıq uçuş etməsinə dəyməz. O əlavə edib ki, iranlılar istədikləri vaxt ABŞ-la telefon danışığı apara bilərlər. “Bir müddət əvvəl xalqıma demişdim ki, onlar getməyə hazırlaşırlar. Sonra onlara dedim ki, ora getmək üçün 18 saatlıq uçuş etməyə ehtiyac yoxdur. Bizdə bütün imkanlar var. Onlar istədikləri vaxt bizimlə əlaqə yarada bilərlər”.
Siyasilər hesab edirlər ki, vəziyyət hər an dəyişə bilər və ABŞ İrana mümkün hərbi hücumu reallaşdıra bilər.
A.Məmmədli