26 Aprel 2026 / 06:31

ABŞ blokada başlayandan bəri 37 İran gəmisini saxlayıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində bir İran gəmisini saxladığını açıqlayıb. Gəminin milyardlarla dollar dəyərində neft və təbii qaz məhsulları daşıdığı bildirilir.

Tezadlar.az-ın məlumatına görə, CENTCOM bildirib ki, “Sevan” adlı İran gəmisi ABŞ hərbi gəmisindən buraxılan vertolyot tərəfindən saxlanılıb.

Gəmi İrana qayıdıb. İran gəmisinin ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısındakı 19 kölgə donanma gəmisindən biri olduğu açıqlanıb.

CENTCOM blokada başlayandan bəri 37 İran gəmisinin saxlanıldığını və İrana qarşı blokadanın davam edəcəyini qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!