Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, dünyaca məşhur braziliyalı top-model Adriana Lima pərəstişkarlarını sürpriz bir layihə ilə sevindirib. Məşhur model qızları Valentina və Sienna ilə birlikdə “Victoria’s Secret” brendinin yeni kampaniyasında rol alıb.
Analara həsr olunmuş özəl reklam kampaniyası üçün kamera qarşısına keçən Lima, karyerasında ilk dəfə övladları ilə birlikdə rəsmi poza verib. Səmimi kadrların yer aldığı fotosessiya sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İzləyicilər qızlarının anasına olan bənzərliyini və fotolardakı isti ana-uşaq münasibətini xüsusi vurğulayıblar.
Səbinə Bağırova

