“Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı”. Tezadlar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib. “Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, – deyə dövlət başçısı vurğulayıb.
“Vaşinqtonda atışma məni dərindən sarsıtdı, zorakılıq qəti şəkildə pislənməlidir”




