26 Aprel 2026 / 19:10

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2509-a çatıb

2 martdan bəri İsrailin Livana hücumlarında ölənlərin sayı 2509-a çatıb.

Tezadlar.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin hücumlarında ölən və yaralananların sayını paylaşıb.

Məlumata görə, 2 martdan bəri İsrailin hücumlarında həyatını itirənlərin sayı 2509-a, yaralananların sayı isə 7755-ə çatıb.

Bu arada, İsrail ordusu 17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq, Livanın cənubuna hücumlarını davam etdirir.

İsrailin Livana hücumları və atəşkəs

İsrail ordusu 2 martda Livana intensiv hava hücumları edərək ölkənin cənubundakı bir çox şəhəri işğal edib.

Livan hökuməti bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının 1.162.000-i keçdiyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!