Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vaşinqtonda qəbulda atəş açan 31 yaşlı kaliforniyalı Kol Tomas Allen ABŞ prezidenti Donald Trampın administrasiyasının rəsmilərini hədəfə almış ola bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Todd Blanş bildirib.
“Hələ də motivi müəyyən etməyə çalışırıq. İlkin araşdırmaya əsasən, şübhəlinin qəsdən administrasiya rəsmilərini hədəf aldığı görünür”, – deyə o bildirib.
Blanş qeyd edib ki, istintaq hələlik Ağ Ev rəsmisinin konkret hədəflərini müəyyən etməyib. O bildirib ki, şübhəli sabah, 27 apreldə məhkəmə qarşısına çıxacaq.
Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma 25 aprel şənbə günü baş verib. Şahidlərin sözlərinə görə, qəbul zalının xaricində atəş səsləri eşidilib və zabitlər dərhal prezidenti bədənləri ilə qoruyublar. Trampın özündən əlavə, birinci xanım Melaniya Tramp, vitse-prezident J.D.Vens və Ağ Evin mətbuat katibi Kerolin Levitt hadisə yerindən təxliyə ediliblər.
E.ŞİRİNOV