Ötən gün Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus (SBU) dronlar işğal altında olan Qırım sahillərində üzən rus donanmasının daha 3 gəmisini batırıb. Tezadlar.az “Avropa həqiqətləri”nə istinadla bildirir ki, həmin gəmilər bunlardır: Böyük desant gəmisi “Yamal”, Böyük desant gəmisi “Nikolay Filcenkov” və Kəşfiyyat gəmisi “İvan Xurs”.
Rusiya Müdafiə Nazirliyi hələki faktı təsdiq etməyib. Lakin Rusiyanın bəzi sosial şəbəkə istifadəçiləri bu barədə dolayısı ilə faktı yazıblar.
A.Məmmədli