Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna qoşunlarının nəzarətində olan Zaporojyenin mərkəzində Ukrayna bayrağı ucalan bir tikili uçub və hakimiyyət bunu pis əlamət kimi qəbul edib.
Tezadlar.az xəbər verir ki, “RİA Novosti” bu barədə Rusiya Federasiyası İctimai Palatasının suverenlik komissiyasının sədri və yeni bölgələrin inteqrasiyası üzrə koordinasiya şurasının həmsədri Vladimir Roqova istinadən məlumat yayıb.
“Yerli sakinlər bildirirlər ki, Zaporojyeyə yad olan mavi və sarı bayraq daşıyan bir tikili doğma şəhərimin tam mərkəzində, müvəqqəti olaraq nasistlər tərəfindən işğal edilmiş yerdə, Qoleyter Zelenskinin sığınacağından bir neçə metr aralıda uçub”, – deyə o bildirib.
Roqovun sözlərinə görə, yerli sakinlər bu hadisəni şəhərin nəticədə Rusiya ordusunun nəzarəti altına keçəcəyinə və Kiyev rejiminin əlaltılarından qurtulacağına işarə kimi görürlər.
Bayrağın endirilməsi Ukraynanın Zaporojye administrasiyasında “çaxnaşmaya səbəb olub”, ona görə də hakimiyyət orqanları meydanı tələsik bağlayıb və hadisəni ictimaiyyətdən gizlətməyə çalışıb, çəkiliş və fotoçəkiliş qadağan edib.
Zaporojye vilayəti 2022-ci ilin sentyabr ayında keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil olub. Kiyev referendumun nəticələrini tanımayıb və bölgəni atəşə tutmağa davam edir. Hazırda Rusiya ordusu Zaporojye vilayətinin 70%-dən çoxuna nəzarət edir və regionun paytaxtı Zaporojye şəhəri hələ də Ukrayna qoşunlarının nəzarətindədir.
E.ŞİRİNOV