Əsas məzmuna keç

Nizami Kino Mərkəzinin direktoru işdən çıxarıldı-SƏBƏB BİLİNDİ-DİVARLARIN MÜHAFİZƏSİZLİYİ!

eali settar quliyev

Gözlənildiyi kimi, Nizami Kino Mərkəzinin direktoru vəzifəsi ilə vidalaşmalı olub. Tezadlar.az xəbər verir ki, direktor Əli-səttar Quliyev müqaviləsinin müddəti başa çatdığı üçün vəzifəsindən ayrılıb. Azərbaycan Respublikasının Kino Agentliyindən “Report”un sorğusuna cavab olaraq məlumat təsdiq olunub. Qeyd olunub ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir. Məlumat üçün bildirək ki, Əli-səttar Quliyev 2024-cü ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu.

VACİB XATIRLATMA: “TƏZADLAR”A DAXİL OLAN MƏLUMATA GÖRƏ İSƏ, Əlİ-SƏTTAR QULİYEVİN VƏZİFƏSİNDƏN ÇIXARILMASININ ƏSAS SƏBƏBİ BU YAXINLARDA KİNO MƏRKƏZİNİN DİVARININ YAZILMASI İLƏ BAĞLIDIR. BELƏ Kİ, MƏRKƏZİN BİNASININ MÜHAFİZƏSİNDƏ SƏHLƏKARLIĞA YOL VERİLİB. HALBUKİ DİREKTORLA YENİDƏN MÜQAVİLƏ BAĞLAMAQ OLARDI. AMMA…

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…