25 aprel 2026-cı il tarixində Xəzər Universitəsinin İctimai Əlaqələr və Media üzrə Direktoru Əlövsət Əmirbəyli TESİAD-ın İstanbul şəhərində keçirilən Məsləhət Şurasının toplantısında iştirak etdi. Ə.Əmirbəyli əməkdaşımıza bildirib ki, “ ABŞ-İsrail-İran Savaşının Türkiye ve Dünya Ekonomisine təsiri” mövzusunda TESİAD-ın İdarə Heyətinin genişləndirilmiş toplantısında Türkiye və dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edirdi. Sitat: “…Toplantıda TESİAD Yüksek İstişare Kurulu Başkani, Dr. İlyas Bozkurt, TESAM Yüksek İstişare Heyeti Başkanı, Prof. Dr. Hasan Koni, TESİAD Genel Başkanı Dr. Halil İbrahim Yılmaz, Türkistan Toyu Yönetim Kurulu Başkanı Talha Zeytinci, sabiq səfir Dr. Hüseyin Avni Bıçaklı, səfir İskender Okyay, E.Hava Tuğgeneralı Hüseyn Fazla, E. Tümgeneral Mehmet Okkan, Türk Milli Birlik Hərəkatı Genel Başkanı Erdoğan Saraç, Hollandiya Türk Evi Araşdırmalar Merkezi Başkanı Veyis Güngör və digərləri iştirak etdilər.
Məsləhət Şurasının toplantısında Türkiyeli İş Adamları, Hollandiya, Makedoniya, Azərbaycan və digər ölkələrdən olan nümayəndələr bolgədə yaranmış siyasi, hərbi və iqtisadi vəziyyətlə bağlı fikirlərini bildirdilər. Toplantını giriş sözü ilə TESİAD Yüksek İstişare Kurulu Başkanı Dr. İlyas Bozkyrt açdı…”.
E.Məmmədli