Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Aprel 2026 / 13:16

Qəzzada ölənlərin sayı 72.593 nəfərə çatıb

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 72.593 nəfərə çatıb.

İsrail ordusu atəşkəsə baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir.

Tezadlar.az xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrail hücumlarında ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 7 ölü və 18 yaralı gətirilib.

Atəşkəs 10 oktyabr 2025-ci ildə qüvvəyə minəndən bəri İsrailin Qəzza zolağına hücumlarında 817 nəfər həlak olub, 2296 nəfər yaralanıb və dağıntılar altından 762 cəsəd çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 72.593-ə çatıb, 172.399 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!