Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Xarici İşlər Nazirliyi Almaniya Parlamentinin üzvü Roderix Kizevetter ilə Rusiyanın terror təşkilatları siyahısında olan “Çeçenistan İçkeriya Respublikası” təşkilatının rəhbəri Əhməd Zakayev arasında keçirilən görüşlə bağlı Almaniyaya etiraz notası göndərib.
Tezadlar.az xəbər verir ki, nazirliyin açıqlamasında Almaniya Federal Parlamentinin üzvü Kizevetterin əvvəllər Kiyevdə Zakayevlə prezident Volodimir Zelenskinin rəhbərliyi altında Ukrayna administrasiyasının dəstəyi ilə görüşdüyü xatırladılıb.
Bəyanatda bu təşkilatın üzvlərinin Rusiya ərazisində təxribat aktları törətdiyi və nəticədə, Almaniyanın Moskvadakı səfiri Aleksandr Qraf Lambsdorfun nazirliyə çağırıldığı iddia edilib.
“Bu görüşlə bağlı səfirə etiraz notası verilib. Moskva bu görüşü Almaniya hökumətinin Rusiyanın daxili işlərinə müdaxiləsi və milli təhlükəsizliyinə təhdid hesab edir. Almaniya tərəfinə bu cür hərəkətlərin nəticələri olacağı barədə xəbərdarlıq edilib. Rusiyaya qarşı düşmənçilik addımları qaçılmaz olaraq cavabla qarşılanacaq”, – açıqlamada deyilir.
“İçkeriya Çeçenistan Respublikası” təşkilatı ötən həftə Rusiyanın qadağan olunmuş terrorçu və ekstremist təşkilatlar siyahısına əlavə edilib.
E.ŞİRİNOV