27 Aprel 2026 / 15:51

Azərbaycan hərbçiləri Türkiyəyə ezam olundular

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən “EFES – 2026” çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir.

Tezadlar.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb. Hərbi qulluqçularımız Türkiyə Respublikasının Çiğli Hava Bazasında qarşılanıblar.

Qeyd edək ki, “EFES – 2026” çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!