27 Aprel 2026 / 18:59

AzTV komandası Efiopiya haqqında yeni sənədli film təqdim edəcək

AzTV komandası Afrikanın ən qədim müstəqil dövlətlərindən biri olan Efiopiyada sənədli film çəkilişlərini uğurla başa çatdırıb.

Tezadlar.az xəbər verir ki, layihə çərçivəsində bu qədim ölkənin həm müasir urbanizasiya prosesləri, həm də ənənəvi həyat tərzi geniş şəkildə araşdırılıb.

Çəkilişlər paytaxt Əddis Ababada gedən urbanizasiya prosesinin müsbət və mənfi tərəflərini əhatə edir. Sürətlə inkişaf edən şəhər mühiti fonunda sosial dəyişikliklər, şəhərsalma problemləri və yeni həyat tərzi diqqət mərkəzində saxlanılıb.

Eyni zamanda, AzTV komandası Efiopiyanın cənub-qərbində yerləşən Aşağı Omo Vadisində, Cənubi Sudan sərhədinə yaxın ərazilərdə yaşayan yerli etnik qrupların həyatını lentə alıb. Xüsusilə Mursi qəbiləsinin gündəlik yaşayışı, adət-ənənələri və mədəni xüsusiyyətləri sənədli filmdə əks olunub.

AzTV-nin hazırladığı bu sənədli film Efiopiyanın zəngin tarixi, rəngarəng mədəniyyəti və müasir inkişaf dinamikasını tamaşaçılara daha yaxından təqdim edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!