27 Aprel 2026 / 21:15

Vladimir Putin və Abbas Araghchi Sankt-Peterburqda görüşür

Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin və İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilir.

Bu barədə Tezadlar.az Rusiya mediasına istinadən xəbər verir.

Rusiya tərəfdən görüşdə XİN başçısı Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edir.

İran nümayəndə heyətinin tərkibinə Əraqçi il yanaşı, İran XİN başçısının müavini Kazım Qərib-Abadi və İranın Moskvadakı səfiri Kazım Cəlali daxildir. Rusiya Prezidenti görüşdə Moskvanın Yaxın Şərqdə sülhün daha tez bərqərar olması üçün İranın və regionun digər ölkələrinin maraqlarına uyğun olaraq əlindən gələni edəcəyini bildirib.

Putin əlavə edib ki, ötən həftə İranın ali lideri Müctəba Xameneidən məktub alıb.

Öz növbəsində, Əraqçi vurğulayıb ki, Tehranın Moskva ilə münasibətləri strateji tərəfdaşlığa əsaslanır və bundan sonra da “möhkəmlənəcək”.

Qeyd edək ki, Rusiya Əraqçinin beynəlxalq turne çərçivəsində səfər etdiyi üçüncü ölkədir. Bu turne çərçivəsində o, aprelin 24-dən etibarən Pakistan və Omanda olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!