Minik qiymətləri yetərincə yüksək və qazanclı, sərnişin sayı bazarlı- çox olan metrostansiyalarımızın günün tələblərinə cavab verməsi gərəkdir. Amma və lakin!
xxx
Tanınmış memar Elçin Əliyev Həzi Aslanov stansiyası barədə ürəkağrıdan status paylaşıb. “Platformanın vəziyyəti məni dəhşətə gətirdi”- deyən memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkə hesabında paylaşımında deyir:
“Bu gün səhər metro ilə qohumlarıma getdim – onlar “Həzi Aslanov” metro stansiyası yaxınlığında yaşayırlar. Çürümüş mərmər üzlüyün vəziyyətinə əsasən demək olar ki, su buraya çoxdan və sistemli şəkildə daxil olur – bu, heç də bir ilin problemi deyil.
İndi aydın olur ki, niyə zaman-zaman metropolitendə kabellərdə qısa qapanmalar baş verir və qatarların hərəkəti iflic olur: problem köhnədir və bir neçə gün əvvəl yağış zamanı baş verən hadisə tamamilə gözlənilən idi. Maraqlıdır, hidroizolyasiya işlərini keyfiyyətsiz yerinə yetirən tikintiçilər cinayət məsuliyyətinə cəlb olunacaqlarmı? Yoxsa, adətən olduğu kimi, yenə hər şeyi “fövqəladə təbii hadisələrin” üzərinə yazacaqlar?”.
Bəli, baş verən aşınma anidən olmayıb. Bəs stansiya rəhbərliyi bunu görməyibmi? Yaxud, bundan indi xəbər tutubmu???
A.Məmmədli