Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2023-cü ilin oktyabr ayından bəri İsrail ordusunun Qəzza zolağına hücumlarında ölənlərin sayı 72.594-ə çatıb.
Tezadlar.az xəbər verir ki, atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağına hücumlarını davam etdirir.
Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrail hücumları nəticəsində ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.
Qeyd edilib ki, son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 1 ölü və 5 yaralı gətirilib.
Atəşkəs 10 oktyabr 2025-ci ildə qüvvəyə minəndən bəri İsrailin Qəzza zolağına hücumlarında 818 nəfər həlak olub, 2.301 nəfər yaralanıb və dağıntılar altından 762 cəsəd çıxarılıb.
2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 72.594-ə çatıb, 172.404 nəfər yaralanıb.
Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.
E.ŞİRİNOV