Əsas məzmuna keç

Ufa şəhərinin meri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb

Başqırdıstanın paytaxtı Ufa şəhərinin meri Ratmir Mavliyev saxlanılıb.

Tezadlar.az -ın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları onu dindirmək üçün İstintaq Komitəsinə aparıblar.

Merlə bərabər administrasiya rəhbərinin müavini və daha iki nəfər saxlanılıb.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…