28 Aprel 2026 / 19:36

İran “ABŞ-dan Hörmüz boğazını açmağı xahiş edib”?

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İran hökuməti ABŞ-dan Hörmüz boğazındakı blokadanı ləğv etməyi “xahiş edib”.

Tezadlar.az xəbər verir ki, Tramp sosial media hesabında Hörmüz boğazının açılması ilə bağlı İranla davam edən danışıqlarla bağlı paylaşım edib.

Hörmüz boğazına tətbiq etdikləri blokadaya toxunan Tramp iddia edib ki, Tehran administrasiyası ona “İrandakı sistemin çökmək üzrə olduğunu” bildirib.

“Onlar liderlik vəziyyətlərini aydınlaşdırmağa çalışarkən (inanıram ki, bunu edə bilərlər), bizdən Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyirlər”, – Tramp bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!