Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp İran hökumətinin “çöküş” vəziyyətində olduğunu” bəyan edib.
Tezadlar.az xəbər verir ki, o, bunu sosial media hesabı Truth Social-da yazıb.
Trampın sözlərinə görə, Tehran özü də bu vəziyyəti etiraf edib. Bundan əlavə, Ağ Ev rəhbəri bildirib ki, İran ABŞ-dan Hörmüz boğazının blokadasını mümkün qədər tez dayandırmasını istəyib.
“İran bizə “çöküş” vəziyyətində olduqlarını bildirdi. Onlar liderlik vəziyyətini həll etmək üçün çalışarkən (və inanıram ki, edəcəklər!), bizdən Hörmüz boğazını mümkün qədər tez “açmağımızı” istəyirlər”, – deyə Tramp yazıb.
Daha əvvəl Tramp bildirib ki, İranın neft infrastrukturunun çökməsinə üç gün qalıb.
E.ŞİRİNOV