29 Aprel 2026 / 01:33

İsrailin Livana hücumu nəticəsində 11 nəfər həlak olub

İsrail ordusunun atəşkəsə baxmayaraq, gün ərzində Livanın cənubundakı şəhərlərə hücumlarında on bir nəfər həyatını itirib.

İsrail ordusunun Livandakı hücumları 17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq davam edir.

Tezadlar.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyi və Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatlarına görə, gün ərzində İsrailin cənuba hücumları nəticəsində Tebnində 2, Şaqrada 1, Coyada 1, Məcdəl Zunda 5 və Cabşitdə 2 nəfər həlak olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!