Bakıda metro tikintisi getdikcə sürətlənir və stansiyaların sayı artır. Bu Bakıda həllolunmaz sayılan tıxacların həllində vacib elementdir. Lakin tanınmış QHT rəhbəri Sahib Məmmədov bu məsələ ilə bağlı həyacanlı məlumat paylaşıb. Sitat: “Bir xəbər oxudum və dəhşətə gəldim. “Bakı Metropoliteni” QSC dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və Nizami stansiyasına qoşulmanı təmin edəcək.”
Bu, sadəcə ağılsızlıqdır. 28 may-Nizamı xətti onsuz da kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonsıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir.
Pul silməyə yer tapmırlar deyəsən?”.
Axtardıq, təəssüflər ki, Bakının Metropoliten rəsmilərinin bu barədə hansısa cavab açıqlamasına hələki rast gəlmədik…
Səbuhi