…Ukraynalı əsgərlər aylarla Xarkov vilayətindəki Kupyansk şəhərini ələ keçirmək və qorumaq uğrunda döyüşüblər. Oskol çayının ikiyə böldüyü bu şəhərdə hazırda istifadəsiz dəmiryol xətti yerləşir. Tezadlar.az xatırladır ki, Ukraynanın 14-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadası və digər bölmələr ötən ilin payızında Rusiya qoşunlarının qəfil hücumunu dəf edə biliblər. AzadlıqRadiosunun Ukrayna xidmətinin məlumatına görə, bu, 14-cü briqadaya ağır başa gəlib. Ötən həftə briqadanın bəzi əsgərlərinin yaxınları narazılıqlarını ictimailəşdirərək bir dəri-bir sümük əsgərlərin şəkillərini yayıblar. Onlar bunu qida və su çatışmazlığı, həmçinin pis idarəetmə ilə əlaqələndiriblər. Olqa bildirib ki, əri və briqadanın digər üzvləri günlərlə yeməksiz və susuz qalıb: “Mənə yazmışdı ki, “Sağam, amma acıq”… Doqquz gün idi ki, yemək yeməmişdilər”.
Bax belə! Rusiyanın mənasız müharibə alovu bu deməkdir! Görün rus əsgərləri nə gündədir!
A.Məmmədli







