Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yəqinki Bakıda hara gəldi köhnə təkərlərin və metallomun yığıntısına rast gəlirsiniz… Bu həm şəhərin ümumi mənzərəsinə yad bir əməldir, həm də ekoloji baxımdan doğru olmayan bir işdir. Bəs bunun qarşısını necə almalı, bu pərakəndəliyə necə son qoymaq olar?
Gürcüstan Parlamenti bunun çarəsini tapıb: “İnzibati Xətalar Məcəlləsi”nə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Yeni qaydalara əsasən, işlənmiş təkərlərin, metal qırıntılarının, istismardan çıxmış nəqliyyat vasitələrinin, eləcə də asan alışan, partlayıcı və kövrək materialların qeyri-qanuni şəkildə yerləşdirilməsi və satışı ilə bağlı inzibati cərimələr artıq təkcə Tbilisi deyil, Gürcüstanın bütün ərazisində tətbiq olunacaq. Tezadlar.az xəbər verir ki, dəyişikliyə görə, həmin materialların bələdiyyə şuraları tərəfindən müəyyən edilməyən ərazilərdə yerləşdirilməsi və ya satışı fiziki şəxslər üçün 2 500 lari, hüquqi şəxslər üçün isə 5 000 lari cərimə ilə nəticələnəcək. Eyni pozuntunun təkrar törədilməsi halında cərimələr fiziki şəxslər üçün 5 000 lariyə, hüquqi şəxslər üçün isə 15 000 lariyə qədər artırılır. Qanun layihəsində həmçinin qeyd olunur ki, bu pozuntular “Mədəni irs haqqında” qanunla müəyyən edilmiş mədəni irsin mühafizə zonalarında baş verərsə, cərimələr daha yüksək olacaq.
Belə hallarda fiziki şəxslər 5 000 lari, hüquqi şəxslər isə 10 000 lari cərimələnəcək, təkrar pozuntu zamanı isə cərimələr müvafiq olaraq 10 000 və 30 000 lari təşkil edəcək. Bundan başqa, materialların müəyyən edilmiş qaydalara əməl edilmədən yerləşdirilməsi və ya satışı fiziki şəxslər üçün 1 000 lari, hüquqi şəxslər üçün isə 2 500 lari cərimə ilə nəticələnəcək. Təkrar pozuntu halında bu məbləğlər fiziki şəxslər üçün 2 500 lari, hüquqi şəxslər üçün isə 5 000 lari olacaq. Əgər bu qayda pozuntusu mədəni irsin mühafizə zonasında baş verərsə, cərimələr daha yüksək müəyyən edilir.
Bəs Azərbaycanda bu problem necə həll ediləcək?
A.MƏMMƏDLİ