29 Aprel 2026 / 13:41

Tramp İranı ağıllı olmağa çağırdı

ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişi olmadan ABŞ ilə razılığa gələ bilmədiyini bəyan edib.

Tezadlar.az xəbər verir ki, Amerika lideri bu açıqlamanı TruthSocial sosial media platformasında paylaşdı.

“İran özünü toparlaya bilmir. Onlar nüvəsiz sazişi necə imzalayacaqlarını bilmirlər. Tezliklə ağıllı olsalar yaxşı olar!” – deyə Ağ Ev rəhbəri yazıb.

Siyasətçi paylaşımına partlayışlar fonunda əlində tüfəng tutmuş şəklini əlavə edib.

Daha əvvəl Trampın köməkçilərinə İranın uzunmüddətli blokadası üçün plan hazırlamağı tapşırdığı bildirilirdi. Siyasətçi hesab edir ki, bombardmanı bərpa etmək və ya münaqişədən çəkilmək ABŞ üçün blokadanı davam etdirməkdən daha böyük risklər yaradır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!