30 Aprel 2026 / 00:41

Tramp: Onlar təslim olmalıdırlar, sadəcə bunu etməlidirlər

ABŞ prezidenti Donald Tramp İrana qarşı dəniz blokadasının nüvə razılaşması əldə olunana qədər davam edəcəyi mesajını göndərərək, “Blokada parlaq bir addımdır və 100 faiz işləyir. Onların heç bir hərbi gücü qalmayıb. Onlar təslim olmalıdırlar, sadəcə bunu etməlidirlər. Onların etməli olduqları tək şey “Biz təslim oluruq” deməkdir” deyib.

Tezadlar.az xəbər verir ki, prezident Tramp Ağ Evdə Artemis 2 heyəti ilə görüşdə jurnalistlərin İran məsələsi ilə bağlı suallarını cavablandırıb.

İranın nüvə silahına sahib olmasının qarşısını alan razılaşmadan başqa heç bir razılaşmanı qəbul etməyəcəklərini vurğulayan Tramp deyib: “Onlar uzun bir yol qət ediblər, amma əsl sual bundan sonra kifayət qədər uzağa gedib-gəlməyəcəkləridir”.

İran limanlarının dəniz blokadasının nə qədər davam edəcəyi ilə bağlı sualları cavablandıran ABŞ prezidenti blokadanın nüvə razılaşması əldə olunana qədər davam edəcəyi mesajını göndərib.

Tramp şərhində bildirib ki, “Blokada parlaq bir addımdır və 100 faiz işləyir. Onların heç bir hərbi gücü qalmayıb. Təslim olmalıdırlar, sadəcə bunu etməlidirlər. Etməli olduqları tək şey “Biz təslim oluruq” deməkdir. Onların iqtisadiyyatı tamamilə çöküb”.

“Kral Çarlz bizə kömək edərdi”

Tramp həmçinin Kral Çarlzın həm Konqresdəki çıxışında, həm də daha sonra Ağ Evdə keçirilən şam yeməyində “NATO alyansı daxilində birliyə” vurğu etməsi və Ukraynaya dəstək mesajları barədə də şərh verib.

ABŞ prezidenti Çarlzın ölkəsini sevən yaxşı bir kral olduğunu və açıqlamalarının normal olduğunu iddia edərək, bu açıqlamaları mənfi şərh etmədiyini bildirib.

Kral Çarlzın İran və Ukrayna məsələsində ABŞ-ı hazırkı Britaniya hökumətindən daha çox dəstəkləyəcəyinə işarə edən Tramp deyib: “Düşünürəm ki, əgər bu, ondan asılı olsaydı, yəqin ki, İran məsələsində bizə kömək edərdi. O, həmçinin Ukrayna ilə bağlı təkliflərimizi də dinləyərdi”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!