30 Aprel 2026 / 07:59

Gürcüstanda Azərbaycanlı fermerlər etiraza qalxlb- SƏBƏB

Ötən gün Marneuli bələdiyyəsinin Şulaveri kəndinin mərkəzində bir qrup kənd sakini məhsullarını sata bilmədikləri üçün etiraz aksiyası keçirib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, polislə yaşanan sözlü qarşıdurma zamanı 2 etirazçı saxlanılıb. Etirazçılar Marneuli meri Daur İsmayılovun və parlament üzvü Zaur Darğallının aksiyaya gəlməsini tələb ediblər. Aksiyaya mer müavini Qiorqi Qodabrelidze gələrək kənd sakinlərinə merlə görüşün meriya binasında keçirilməsini və tələblərini orada çatdırmalarını təklif edib. Lakin bu təklif aksiyaçıları qane etməyib. Məlumata görə, etirazçılar vaxtaşırı yolu bağlamağa cəhd edirlər. Davam edən aksiya zamanı saxlanılan 2 nəfər barəsində istintaq başlanılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, araşdırma İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə aparılır.

Qeyd edək ki, bu maddə polis əməkdaşına və ya hüquq-mühafizə orqanı nümayəndəsinə tabe olmama (itaətsizlik) hallarını nəzərdə tutur. Fermerləri etiraza sürükləyən səbəb isə budur ki, onlar aqrar məhsullarını sata bilmirlər.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!