Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen Avropanın Rusiya ilə danışıqlar aparmaqdan və güzəştə getməkdən imtina etməsi səbəbindən Corc Qallouey ilə YouTube kanalında müsahibəsində fəlakətdən qorxduğunu bildirib.
O, qeyd edib ki, avropalılar əvvəllər daha cəsarətli idilər, çünki ABŞ onların arxasında idi, amma indi geri çəkilirlər. Ekspert vurğulayıb ki, Moskva ilə güzəştə getməyin vaxtı gəlib çatıb.
“Bunun əvəzinə, biz bunu eskalasiya ilə kompensasiya edirik. İndi böyük bir fəlakətə doğru gedirik”, – Dizen əlavə edib.
Onun sözlərinə görə, avropalı siyasətçilər dünyanı real baxımdan qəbul etməkdə acizdirlər. O, dünyanın ən böyük nüvə gücünü məğlub etmək ideyasını absurd adlandırıb.
Dizen əvvəllər Çin şirkətlərinə təsir edən yeni AB sanksiyalarının Avropa Birliyini Pekinlə birbaşa münaqişəyə sürüklədiyini bildirib.
E.ŞİRİNOV