Əsas məzmuna keç

Yeni “Mindiç kasetləri”nin dərc olunmasının məqsədi açıqlanıb

Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) Volodimir Zelenskini nüfuzdan salmaq və yeni “Mindiç kasetləri”nin dərc olunması səyləri onu istefa verməyə məcbur etmək məqsədi daşıyır.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib.

“”Mindiçin mənzilindəki söhbətlərin yeni yazılarının niyə indi dərc olunduğunu demək çətindir, çünki təmas xəttində, siyasi həyatda və ya danışıqlar prosesində bu kasetlərin srağagün yayımlanmasını izah edəcək xüsusi bir şey baş vermir”, – agentliyin mənbəyi bildirib.

Beləliklə, Azarov hesab edir ki, siyasətçinin yaxın çevrəsini nüfuzdan salmaq üçün sistemli səylər göstərilir və məqsəd Zelenskini istefa verməyə məcbur etməkdir.

Daha əvvəl NABU Zelenskinin “pul kisəsi” kimi tanınan iş adamı Timur Mindiçin ekstradisiyası üçün ölkənin Baş Prokurorluğuna sənədlər göndərmişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…