1 May 2026 / 12:37

İrana tibbi məqsədləri üçün uran veriləcək?- Tramp münasibət bildirib

ABŞ prezidenti Donald Tramp İrana tibbi məqsədlər üçün uran vermək planlarını təkzib edib

Trampın açıqlamasına görə, İranın dinc nüvə enerjisi olmayacaq və ABŞ-ın İslam Respublikasına tibbi və enerji məqsədləri üçün zənginləşdirilmiş uran vermək niyyəti yoxdur.

Newsmax-a verdiyi müsahibədə Tramp ABŞ-ın xüsusi elçisi Stiven Uitkoffun ABŞ-ın İranla danışıqlar zamanı İrana tibbi və enerji məqsədləri üçün pulsuz uran verməyi təklif etdiyi barədə açıqlamasına münasibət bildirib.

“Bəlkə də bu, çox ciddi bir təklif deyildi, çünki mən bunu təsdiqləməzdim. Mən onlara heç nə verməyəcəyəm”, – deyə Donald Tramp

qətiyyətlə bildirib.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!