1 May 2026 / 17:25

Rusiyada yaşayan ermənilərdən pul aldığını etiraf etdi və…-CİNAYƏT

Bu da fakt: BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Okamponu ifşa edən yeni faktlar ortaya çıxıb.  Tezadlar.az APA-ya istinadla “Minval Politika”nın bu faktların əks olunduğu yeni məqaləsini təqdim edir: “Dünən Minval Politika-nın yaydığı material və video görüntülər Azərbaycana qarşı genişmiqyaslı və sistemli informasiya kampaniyasının pərdəarxasını bir daha üzə çıxardı. Artıq söhbət ayrı-ayrı bəyanatlardan və ya sadəcə siyasi jestlərdən deyil, sistemli təsir və təzyiq infrastrukturundan gedir. Bu infrastrukturda Qərb platformaları, diaspor şəbəkələri və indi məlum olduğu kimi, Rusiyadan gələn maliyyə resursları da iştirak edir. Bu prosesdə əsas fiqur Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampodur. Yayımlanan video materiallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, o, Avropa institutlarında əlaqələri və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsinin xatırladır. Lakin ən diqqətçəkən məqam Avropa istiqamətindən çox, bu fəaliyyətin maliyyə bazasıdır. Minval Politika-nın əldə etdiyi yeni video kadrlardan aydın olur ki, kampaniya “Rusiya-erməni nümayəndələrindən ibarət qrup” tərəfindən maliyyələşdirilir və bu məqsədlə xüsusi fond yaradılıb. Məqsəd uzunmüddətli və davamlı informasiya təzyiqini təmin etməkdir. Okampo açıq şəkildə etiraf edir ki, ilkin mərhələdə o, maliyyəni erməni mənbələrindən alıb, sonra isə daha strukturlaşdırılmış kanallar işə qoşulub. Söhbət beynəlxalq bizneslə məşğul olan və bir hissəsi Rusiyada yaşayan varlı erməni diaspor nümayəndələrindən gedir. Burada əsas prinsip anonimlikdir. Onun sözlərinə görə, bu sxemin iştirakçıları “Rusiya ilə problem yaşamaq istəmədikləri üçün” qapalı mexanizmlərlə fəaliyyət göstərməyə üstünlük verirlər”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!