1 May 2026 / 21:00

Hikmət Hacıyev:Avropa Parlamentinin qərarları Azərbaycan üçün əhəmiyyətsiz sayılır

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini diplomatik rüsvayçılıq adlandırmaq olar.

Tezadlar.az ın Xankəndiyə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.

O, Avropa Parlamenti tərəfindən belə bir siyasətin yürüdülməsinin təəssüf doğurduğunu deyib:

“Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycanın bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur. Avropa Parlamentinin bu tip məsələlərə münasibət bildirməyinə mandatı da yoxdur”.

Onun fikrincə, bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəl yaratmaqdır:

“Azərbaycanla Ermənistan arasında sülhün formalaşması istiqamətində iqtisadi addımların atıldığı bir dövrdə, Azərbaycanın baş nazirinin müavininin Ermənistana səfər etməsindən bir gün sonra belə bir qərarın olması ancaq diplomatik rüsvayçılıqdır”.

H.Hacıyev deyib ki, onların bu addımlarını pozuculuq, təxribat və regionu yenidən müharibəyə sürükləmək addımı kimi qiymətləndirmək olar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!