Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 May 2026 / 17:59

İsrail yenidən Livana hücum etdi: Ən azı 13 ölü

Atəşkəsə baxmayaraq, İsrail ordusunun gecə saatlarından bəri Livanın cənubunda həyata keçirdiyi hücumlarda 13 nəfərin həyatını itirdiyi bildirilib.

İsrail ordusunun 17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq, Livanın cənubundakı şəhərlərə hücumları davam edir.

Tezadlar.az xəbər verir ki, Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, gecədən bəri İsrail döyüş təyyarələri Nəbatiyyə şəhər mərkəzini və Şehabiyə, Kakaiyyet Cisr, Səfəd Battih, Şakra, Mansuri, Aba, Kafre, Baraşit, Şövkin, Mivdon, Kafre, Səmaiyyə, Şaiyyə, Sadiqayn, Adşit, Luveyzə, Məcdəl Zun, Şövkin, Qərbi Zautar, Şərqi Zautar və Haruf şəhərlərini hədəfə alıb.

Nəbatiyyədə İsrailin Kafer Deçel yolunda bir nəqliyyat vasitəsini hədəf alan pilotsuz təyyarə hücumunda iki nəfər həlak olub.

Luveyzədə bir evi hədəf alan hücumda üç nəfər həlak olub.

Şavkin şəhərində gecə saatlarında həyata keçirilən hücumda bir nəfər həlak olub. Günorta saatlarında İsrail hücumlarında Mivdonda dörd, Şavkin şəhərində isə iki nəfər ölüb.

Deyr Qan Ras Ərəbdə motosikleti hədəf alan dron hücumunda bir nəfər həlak olub. Şaiyyada isə motosikleti hədəf alan dron hücumunda bir nəfər ağır yaralanıb.

İsrail ordusu həmçinin günortadan sonra Duveyrdə bir Hüseyniyyəni (şiə ibadətgahı) hədəfə alaraq dağıdıb.

Bundan əlavə, Şavkin, Məcdəl Silm, Kabriha, Mivdon, Şərqi Zavtar, Qərbi Zavtar və Yuhmur Şakif ətrafındakı ərazilər ara-sıra artilleriya atəşinə tutulub.

Bu arada, İsrail pilotsuz təyyarəsi səhər saatlarından bəri paytaxt Beyrutun üzərində aşağı hündürlükdə uçur.

“Hizbullah”ın bəyanatı

Digər tərəfdən, “Hizbullah”ın Telegram kanalında verilən açıqlamada İsrailin atəşkəsi pozmasına reaksiya verildiyi bildirilib.

Bəyanatda İsrail əsgərlərinin və Livanın cənubundakı işğal olunmuş Bayyada şəhərində İsrailin tank əleyhinə raket mövqeyinin pilotsuz uçuş aparatları tərəfindən hədəfə alındığı bildirilib.

İsrailin Livana hücumları və atəşkəs

İsrail ordusu 2 martda Livana intensiv hava hücumları edərək ölkənin cənubundakı bir çox şəhəri işğal edib.

Livan hökuməti bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.

Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrail hücumlarında 2600-dən çox insanın öldüyünü bildirib.

ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb.

Atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubunda hücumlarını və ev söküntülərini davam etdirir, “Hizbullah” isə İsrail əsgərlərinə qarşı hücumlar həyata keçirir və onları atəşkəsi pozmaqda ittiham edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!