Əsas məzmuna keç

Bu gün Nəsrin Cavadzadənin toyudur

Türkiyədə fəaliyyət göstərən tanınmış azərbaycanlı aktrisa Nəsrin Cavadzadə evlənir.

Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı türkiyəli jurnalist Akif Yaman yayıb.

Onun sözlərinə görə, aktrisanın toy mərasimi məhz bu gün Bodrumda baş tutacaq.

Məlumatda qeyd olunur ki, Nəsrin Cavadzadə Kadir Taner Uçar ilə nikah masasına əyləşir.

Xatırladaq ki, Nəsrin Cavadzadə bir müddət əvvəl həmkarı Pamir Pekinlə eşq yaşasa da, cütlük münasibətlərini rəsmiləşdirmədən yollarını ayırmışdı.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…