Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Oman Sultanlığının cənub-qərbindəki sahil suları dayaz sularda üzə çıxan kiçik krivetkaların (xərçəng) kütləvi şəkildə məhv olması səbəbindən qırmızıya çalır.

Bu barədə ria-ya Salalah sakini Siyah Məhəmməd məlumat verib.
“Mirbat sahilinə çoxlu sayda ölü krivetka çıxıb və bu da dəniz suyunun qırmızıya çevrildiyi kimi görünür”, – deyə o bildirib.
Omanın “Muscat Daily” qəzetinin məlumatına görə, Mirbat vəhşi təbiət və su ehtiyatları idarəsi və yerli bələdiyyə sağlamlıq risklərinin və ətraf mühitə dəyən ziyanın qarşısını almaq, eləcə də sakinlər və turistlər üçün sahil xəttinin keyfiyyətini bərpa etmək üçün çimərlikləri ölü krivetkalardan təmizləməyə başlayıb.
Ölkənin Kənd Təsərrüfatı, Balıqçılıq və Su Ehtiyatları Nazirliyi bildirib ki, ilkin nəticələr baş verənlərin çirklənmədən deyil, təbii amillərdən qaynaqlandığını göstərir.
Vurğulanıb ki, kiçik xərçəngkimilər dəniz şəraitindəki dəyişikliklərə son dərəcə həssasdırlar: su temperaturunda kəskin dəyişikliklər, həll olmuş oksigen səviyyəsinin azalması və güclü cərəyanlar onların sağ qalmasına təsir göstərə bilər.
Qeyd edilib ki, digər dəniz növləri arasında ölüm halları qeydə alınmayıb.
Y.Məmmədli