4 May 2026 / 17:16

Prezident 18 nəfəri təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsi “Tərəqqi” medalı ilə təltif edib.

Tezadlar.az   Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağalıyeva Neva Şahpələng qızı

Babayeva Aidə Elman qızı

Babayeva Ceyhunə Zakir qızı

Eyyubova Raya Şahvələd qızı

Əbilova Nazilə Əlisəfa qızı

Əhmədova Şəfiqə Məzəddin qızı

Əkbərova İradə Xanağa qızı

Ələkbərova Vüsalə Mərifət qızı

Əsgərova Kəmalə Sərdar qızı

Həsənova Xaliqə Yelmar qızı

Hüseynova Dilşad Mahmud qızı

Qənbərova Nargilə Əliağa qızı

Qurbanova Sədaqət Əmir qızı

Nəsirova Jalə Abduləli qızı

Nuriyev Əlisafa İdris oğlu

Özbəkova Gülgəz Mətləbulla qızı

Rəhimova Nailə Allahverdi qızı

Şahmuradova Alisa Sadıq qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 may 2026-cı il

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!