4 May 2026 / 18:29

Təqvimdə 4 may: “Ulduz müharibələri”ndən kosmos kəşfinə qədər özəl günlər

4 may tarixi dünya təqvimində fərqli sahələri əhatə edən bir neçə maraqlı hadisə və bayramla diqqət çəkir. Bu gün həm fantastika sevərlər, həm də elm həvəskarları üçün xüsusi əhəmiyyət kəsb edir.

“Güc sizinlə olsun!” – Dünya Star Wars Günü

Hər il 4 may bütün dünyada qeyri-rəsmi olaraq “Star Wars Günü” kimi qeyd olunur. Bu tarixin seçilməsi filmin məşhur “May the Force be with you” (Güc sizinlə olsun) ifadəsi ilə ingilis dilindəki “May the Fourth” (4 may) ifadəsi arasındakı səs bənzərliyinə əsaslanır. Filmin milyonlarla heyranı bu günü xüsusi tədbirlər və kino mədəniyyətini anaraq qeyd edirlər.

Kosmos və Elm: Dünya Uzay Günü

4 may həm də elm və texnologiya dünyası üçün əlamətdardır. Dünya Uzay Günü (Space Day) adı ilə qeyd olunan bu özəl günün əsas məqsədi kosmosun kəşfinə və astronomiya elminə olan marağı artırmaqdır. Xüsusilə gənclər arasında elmi tədqiqatlara həvəs oyatmaq üçün bu gün çərçivəsində müxtəlif maarifləndirici layihələr həyata keçirilir.

Baharın müjdəçisi: Xıdırəlləz hazırlıqları

Türk dünyasında təbiətin oyanışını və baharın gəlişini simvolizə edən Xıdırilləz bayramının hazırlıqları da məhz 4 may axşamından başlayır. Bayramın əsas qeyd etmələri 5 maydan 6 maya keçən gecəyə təsadüf etsə də, insanlar artıq bu gündən etibarən rituallara və bayram tədarükünə start verirlər.

Yollarda təhlükəsizlik ön plandadır

May ayının ilk həftəsi (1-7 may) həm də Avtomobil Yolları Təhlükəsizliyi və Trafik Həftəsi kimi qeyd olunur. 4 may bu həftənin bir parçası olaraq sürücü və piyadaların yol hərəkəti qaydaları barədə məlumatlandırılması, qəzaların qarşısının alınması üçün maarifləndirmə tədbirləri ilə müşayiət olunur.

Səbinə Bağırova 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!