5 May 2026 / 13:48

İranın yüksək rütbəli hərbçisi BƏƏ-nin neft obyektlərinə hücum iddialarını təkzib etdi

İranın yüksək rütbəli hərbi rəsmisi İranın BƏƏ-nin Fuceyra şəhərindəki neft obyektlərinə hücum etməsi ilə bağlı iddiaları təkzib edib.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasına danışan adının açıqlanmamasını istəyən yüksək rütbəli hərbi rəsmi ölkəsinin Fuceyra limanındakı neft obyektlərinə hücum etməsi ilə bağlı iddialara cavab verib.

“İranın bu neft obyektlərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdi olmayıb. Baş verənlər Amerika ordusunun Hörmüz boğazının qadağan olunmuş marşrutlarından qanunsuz gəmilər üçün keçid yaratmaq üçün macəralı cəhdinin nəticəsidir. Bunun məsuliyyəti Amerika ordusunun üzərindədir”, – İran rəsmisi bildirib.

O, əlavə edib ki, Amerika rəsmiləri “diplomatiyada güc tətbiq etmək kimi çirkin davranışlarından əl çəkməlidirlər” və “ABŞ dünyanın bütün ölkələrinin iqtisadiyyatına təsir edən bu həssas neft bölgəsindəki hərbi macəralarını dayandırmalıdır”.

İran BƏƏ və Omana dron hücumları etməkdə ittiham olunur, BƏƏ isə Fuceyra neft sənaye zonasında yanğın baş verdiyini və hücumda üç nəfərin yaralandığını açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!