5 May 2026 / 15:42

Yulduz Usmanovanın ABŞ-dakı konserti yəhudi icması və deputatların etirazlarından sonra ləğv edilib

Yulduz Usmanovanın Nyu-Yorkdakı konserti etirazlardan sonra ləğv edilib.

Bu barədə Özbəkistan KİV-i məlumat yayıb.

Sənətçi əvvəllər yəhudilər haqqında çoxsaylı mənfi açıqlamalar verib.

Ulduz Usmanova özü isə üzr istəməyəcəyini və fikirlərinin üzərində dayandığını bildirib.

Özbəkistanın Xalq Artisti Yulduz Usmanovanın 9 mayda Nyu-Yorkun Brayton Biç şəhərində çıxış etməsi planlaşdırılırdı.

Lakin siyasətçilər də daxil olmaqla, Amerika yəhudi icmasının nümayəndələri etiraz edərək tədbirin ləğvini tələb ediblər.

Nyu-York ştat Assambleyasının deputatları Maykl Novaxov və Alek Bruk-Krasni ABŞ-ın Dövlət Katibi Marko Rubiodan siyasətçilərin antisemitizm kimi xarakterizə etdiyi açıqlamalara görə özbək müğənninin vizasını ləğv etməsini istəyiblər.

Novaxov bununla bağlı video da paylaşıb.

Onun sözlərinə görə, ləğvin səbəbi Usmanovanın yəhudilər haqqında sərt fikirlər söylədiyi əvvəllər yayımlanmış  video olub. O, sözügedən ifadələrin ictimaiyyətin qəzəbinə səbəb olan və “lənət və təhqir” ehtiva edən ifadələr olduğunu vurğulayıb.

Qeyd edilir ki, təxminən beş il əvvəl müğənni İsrail-Fələstin münaqişəsi ilə bağlı bir video yayımlayıb və onun açıqlamaları da ictimai müzakirələrə səbəb olub.

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!