6 May 2026 / 00:52

İran Hörmüz boğazından keçmək istəyən gəmilər üçün elektron poçt ünvanı dərc edib

İran hökuməti Hörmüz boğazından keçmək istəyən gəmilər üçün elektron poçt ünvanı təqdim edərək, onlardan tranzit prosedurları üçün bu ünvandan istifadə etmələrini istəyib.

Tezadlar.az xəbər verir ki, İranın dövlət televiziya kanalı Press TV gəmilərin Hörmüz boğazından keçmə mexanizmi ilə bağlı açıqlama yayımlayıb.

“Hörmüz boğazı üzərində suverenliyin həyata keçirilməsi üçün yeni bir mexanizm İran tərəfindən hazırlanıb və tətbiq edilib”, – açıqlamada deyilir.

Qeyd edilib ki, boğazdan keçmək istəyən gəmilər “info@PGSA.ir” ünvanından Hörmüz boğazından keçmə qaydaları barədə məlumat verən elektron poçt alacaqlar və gəmilər bu çərçivəyə uyğun olaraq tranzit icazələri ala bilərlər.

İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri əvvəllər Hörmüz boğazından keçmə ilə bağlı xəbərdarlıq mesajı verərək, İranın elan etdiyi dəhlizdən kənar marşrutlardan istifadə edən gəmilərin tutulacağını bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!